Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti fərdi qəbulunu keçirib

05 sentyabr 2018 | 16:00

Qəbulda 70-ə yaxın Gəncə sakininin şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında qəzalı vəziyyətdə olan binaların təmiri, dam örtüklərinin dəyişdirilməsi, torpaq sahələrinin verilməsi üçün vətəndaşların növbəyə götürülməsi, işlə təminat və digər məsələlər öz əksini tapıb.

Həmçinin yeni park-bulvar kompleksinin salınması məqsədi ilə Gəncə çayının sol sahilindəki evlərin köçürülməsi zamanı yaranan bəzi problemlər sakinlər tərəfindən dilə gətirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bununla bağlı müvafiq komissiyanın yaradılması, səsləndirilən məsələlərin araşdırılması və onların həlli yollarının tapılması üçün göstəriş verib. Səslənən digər müraciətlərin çox hissəsi yerincədə həll olunub, bir neçəsinin isə araşdırılaraq aradan qaldırılması istiqamətində aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər