Home Contact Phone
background
  • Ünvan: AZ2000, Gəncə şəhəri, Heydər Əliyev adına meydan, İnzibati bina, otaq № 231
  • Faks: (22) 264-01-01
  • E-mail: mail@ganja-ih.gov.az

Xəbərlər

  • Gəncə məktəblərində "Son zəng" ç...

    Gəncə məktəblərində "Son zəng" çalınıb

    2018-06-14

    Bu gün onların günü idi... Üzlərində təbəssüm, gözlərində kədər qarışıq sevinc sezilən məzunların. Bu gün onlar 11 il ərzində qapısını açdıqları siniflər, arxasında əyləşdikləri partalarla vidalaşıblar.

  • Gəncədə Bülbül adına küçənin və barelyef...

    Gəncədə Bülbül adına küçənin və barelyefin açılışı olub

    2018-06-12

    Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, sənətşünas-alim, professor Bülbülün 120 illik yubileyi münasibəti ilə Gəncədə Bülbül adına küçənin və barelyefin açılışı olub. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ailə üzvləri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  • Gəncədə Bülbülün 120 ilik yubileyi qeyd edil...

    Gəncədə Bülbülün 120 ilik yubileyi qeyd edilib

    2018-06-11

    Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinə həsr olunmuş "Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi"nin qalibləri F.Əmirov Gəncə Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış ediblər.

  • GƏNCƏDƏKİ "İMAMZADƏ" DİNİ MEMARL...

    GƏNCƏDƏKİ "İMAMZADƏ" DİNİ MEMARLIQ ABİDƏ KOMPLEKSİNDƏ İFTAR SÜFRƏSİ AÇILIB

    2018-06-08

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə təşkil olunan iftarda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yerli şöbəsinin əməkdaşları, şəhər ziyalıları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

  • Gəncədə VIII Beynəlxalq Şairlər Günü qeyd ...

    Gəncədə VIII Beynəlxalq Şairlər Günü qeyd edilib

    2018-06-02

    Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin, Azərbaycan Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gəncədə VIII Beynəlxalq Şairlər Gününə həsr edilmiş tədbir keçirilib.

  • AU-da “Məzun 2018” yarmarkası keçirilib

    AU-da “Məzun 2018” yarmarkası keçirilib

    2018-06-02

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin tədris korpusunda 10-cu məzun yarmarkası keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.

  • Gəncədə Gürcüstanın ilk Demokratik Respublik...

    Gəncədə Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi qeyd edilib

    2018-06-01

    Yubiley tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze, Türkiyənin Gəncədəki Baş konsulu Orxan İşıq, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  • "Xorev" Tibb Mərkəzinin həkimləri G...

    "Xorev" Tibb Mərkəzinin həkimləri Gəncədə əhalinin ödənişsiz tibbi müayinəsini aparıblar

    2018-05-31

    İsrailin "Xorev" tibb mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi həkim briqadası "Xorev-Gəncə" Tibb Mərkəzində əhalinin ödənişsiz tibbi müayinəsini aparıb.

  • Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasın...

    Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi

    2018-05-29

    1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

  • Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin yara...

    Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə silsilə tədbirlərə start verilib

    2018-05-28

    "Xalq Cümhuriyyətinin varisləriyik" devizi altında keçirilən tədbirlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyə Cümhuriyətinin Müdafiə nazirinin müavini Şuay Alpay, Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşık, Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze iştirak ediblər.

  • Gəncə şəhər İcra Hakimiyyətinin başçısı...

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Avropa İttifaqının nümayəndələrini qəbul edib

    2018-05-24

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və Aİ-nin Qonşuluq və Genişləndirmə şöbəsinin rəhbəri Vasilis Maragosu qəbul edib.Görüşdə İqtisadiyyat Nazirliyinin Regionların İnkişafı və Dövlət Proqramları şöbəsinin müdiri Hikmət Nəbiyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru Sonya Fonteyn də iştirak edib.

  • "Gəncədə Sənaye üzrə Regional Peşə Ko...

    "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək" layihəsinin təqdimatı olub

    2018-05-24

    Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ümumi dəyəri 3.4 milyon ABŞ dolları olan "Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi" adlı layihənin icrasını həyata keçirir. 2017-ci ildən icrasına başlanılan və əsasən Azərbaycanın iki bölgəsi –Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan layihə 2020-ci ildək davam edək.

  • Kəpəz rayon İcra Hakimiyyətinin başçısı El...

    Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev sakinlərlə görüşüb

    2018-05-20

    Vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlarını verib.Qəbulda 15-ə yaxın vətəndaşın təklif və şikayətləri dinlənilib. Torpaq sahələrinin sənədləşdirilməsi, işlə təminat, qaz və işıq ödənişləri ilə bağlı borcların silinməsi səslənən müraciətlər sırasında olub.

  • Nizami Rayon İcra Hakimiyyətinin başçısı Niz...

    Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev vətəndaşlarla görüşüb

    2018-05-20

    Müraciətlər əsasən sosial və kommunal yönümlü və şəxsi məsələlərlə bağlı olmaqla, tikinti üçün torpaq sahələrinin ayrılması, çoxmənzilli yaşayış binalarının dam örtüyünün təmir və ya yenidənqurulması, o cümlədən lift problemləri, sosial müavinətlər və digər məsələlərlə bağlı olub. Müraciət olunan məsələlərlə əlaqədar müvafiq tapşırıqlar verilərək icra vəziyyəti nəzarətə götürülüb. Qəbulda 19 vətəndaş iştirak edib.

  • Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri...

    Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb. Bu münasibətlə Gəncədə "İdman paradı" keçirilib.

    2018-05-20

    Gəncə şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan parad Heydər Əliyev prospekti, GDU-nun III tədris binasının önündə başlayıb. Hərbi orkestrın müşayəti ilə 5 mindən

  • Gəncənin Hacıkənd qəsəbəsində yeni kitabxa...

    Gəncənin Hacıkənd qəsəbəsində yeni kitabxana binası istifadəyə verilib

    2018-05-18

    Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 17 saylı filialı artıq yeni binada fəaliyyət göstərəcək.

  • Gəncə şəhər İcra hakimiyyətinin başçısı...

    Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev sakinlərlə görüşüb

    2018-05-17

    Gəncənin Gülüstan yaşayış massivi Aydın Əliyev küçəsində aparılan abadlıq işlərindən sonra sakinlərlə görüş keçirilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan təmir-bərpa işləri ilə tanış olub. Burada 1200 məsafədə eni 16 metr olan yol və səki hissəsi tam asfaltlanıb, 2400 p/metr bordür daşı düzülüb, ictimai nəqliyyat üçün yeni dayanacaq yaradılıb, 45 ədəd yeni işıq dirəyi quraşdırılıb. Bununla yanaşı 100-dən çox evin fasadı təmir olunub, qarşısına 200-dən çox ağac və gül kolları əkilib. Ərazinin su, kanalizasiya, qaz və elektrik şəbəkəsi tam yenilənib.

  • Alim Qasımov və Fərqanə Qasımova Gəncə Döv...

    Alim Qasımov və Fərqanə Qasımova Gəncə Dövlət Filarmoniyasının səhnəsində

    2018-05-16

    Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsindən növbəti dəfə muğam sədaları yüksəlib. Bu dəfə Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova Gəncədə möhtəşəm konsert proqramı ilə çıxış ediblər.

  • Kəpəz rayon İcra Hakimiyyətinin başçısı El...

    Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev sakinləri qəbul edib

    2018-05-12

    Qəbulda 15-dən artıq vətəndaşın təklif, müraciət və şikayəti dinlənilib. Səslənən müraciətlər sırasında torpaq sahəsinin verilməsi, gecə işıqlandırılması, işlə təminat və s. məsələlər üstünlük təşkil edib. Bəzi müraciətlər elə yerindəcə öz həllini tapıb, digərlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlar verilib.

  • Ferhat Göçer Gəncədə konsert verib

    Ferhat Göçer Gəncədə konsert verib

    2018-05-11

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümündə həsr olunan konsert Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Heydər Əliyev park-kompleksindəki Zəfər Tağının önündə təşkil olunan konsertdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  • Gəncə şəhər İcra Hakimiyyətinin başçısı...

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyini qəbul edib

    2018-05-11

    Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir. Səfər çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşən səfir Viktor Sederkenyiyə Gəncənin mədəniyyəti, tarixi və bu günü barədə ətraflı məlumat verilib.

  • Faşizm üzərində qələbədən 73 il ötür

    Faşizm üzərində qələbədən 73 il ötür

    2018-05-09

    Gəncədə 9 May faşizm üzərində qələbənin 73-cü ildönümünə həsr olunan tədbir keçirilib. Xan bağında, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önündə təşkil edilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Böyük Vətən Müharibəsi iştirakçıları, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  • Gəncə şəhər İcra Hakimiyyətinin başçısı...

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşların səyyar qəbulunu keçirib.

    2018-05-08

    Şəhərin Gülüstan qəsəbəsi, Aydın Nəbiyev küçəsində baş tutan qəbulda 65-ə yaxın sakinin müraciət və təklifləri dinlənilib. Qəbulda iştirak edən sakinlər arasında ərazidə məskunlaşan Kəlbəcərli məcburi köçkünlər

  • Türkiyənin Bursa "Gölge" Dövlət Sim...

    Türkiyənin Bursa "Gölge" Dövlət Simfonik Orkestrı Gəncə Dövlət Filarmoniyasının səhnəsində

    2018-05-08

    Gəncə Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert proqramı təşkil olunub.

  • UTECA II Milli Sənaye Mühəndisliyi Forumuna ev ...

    UTECA II Milli Sənaye Mühəndisliyi Forumuna ev sahibliyi edib

    2018-05-07

    Gəncədə Azərbaycan Texnologiya Universiteti (UTECA), Lean Consulting şirkəti və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə II Milli Sənaye Mühəndisliyi Forumu keçirililib.