Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Faşizm üzərində qələbədən 73 il ötür

09 may 2018 | 16:00

 

Gəncədə 9 May faşizm üzərində qələbənin 73-cü ildönümünə həsr olunan tədbir keçirilib. Xan bağında, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önündə təşkil edilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Böyük Vətən Müharibəsi iştirakçıları, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı önünə əklik qoyub, dövlət himni səsləndirilib, yaylım atəşi açılıb. Gəncə Dövlət Dram Teatrının kollektivi ədəbi-bədii kompozisiya ilə çıxış edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşərək, onlarla söhbət edib. Veteranlar onlara göstərilən qayğı və diqqətə görə ölkə başçısı və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov bildirib ki, hazırda Gəncədə 11 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Arxa cəbhə iştirakçılarının sayı isə 70-dən artıqdır.

Tədbirin davamında öz orden və medalları ilə fərəhlənən müharibə veteranlarının xatirələri dinlənilib, onlarla şəkillər çəkdirilib. 

 

Tədbirin videosu aşağıdakı linkdə qeyd olunub:

https://www.youtube.com/watch?v=HkgGpwouRsc&feature=youtu.be

Keçidlər