Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar Gəncə şəhərində səfərdə olub

08 oktyabr 2015 | 15:00

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu     generalı Hulusi Akar Gəncə şəhərində səfərdə olub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar Gəncə şəhərində olublar.
Fəxri qonağı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşılayıb və səfər müddətində müşayiət edib.
Fəxri qonaq, səfər proqramının mədəni-kütləvi  hissəsinə uyğun olaraq Gəncə şəhərindəki Heydər Əliyev Park Kompleksi, Heydər Əliyev Mərkəzi, dahi Nizami Gəncəvinin Məqbərəsi və Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunu ziyarət edib.
Hulusi Akar Gəncə şəhərinə səfərindən məmnunluq bildirib, ziyarət etdiyi tarixi yerlərdə xatirə kitablarına ürək sözlərini yazıb.

 

 

 

Keçidlər