Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka Gəncəyə rəsmi səfər edib

09 aprel 2015 | 15:00

Aprelin 9-da Çexiya respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka bölgə ilə tanışlıq məqsədilə Gəncəyə səfər edib.

Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev çexiyalı diplomata Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin iqtisadi potensialı, mədəni həyatı, genişmiqyaslı quruculuğu ilə bağlı məlumat verib. Elmar Vəliyev Azərbaycan-Çexiya əlaqələrinin gündən-günə möhkəmlənməsinin, dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilmə­sinin hər iki ölkəyə layiqli töhvələr verdiyini vurğulayıb. İcra başçısı hazırda 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə görülən hazırlıq işləri barədə də səfirə məlumat verib.

Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Gəncəyə səfərindən məmnun qaldığını bildirib və deyib ki, bu onun bölgəyə ilk rəsmi səfəridir. Gəncədə gördükləri onu heyran etdiyini qeyd edən səfir Çexiya respublikasının Olomouc vilayəti ilə bağlanmış müqavilənin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, turizm, elm, təhsil, səhiyyə, nəqliyyat, tikinti və digər sahələr üzrə əməkdaşlıq öz müsbət nəticəsini verə bilər. Çünki iki xalq arasında işgüzar əməkdaşlıq yeni imkanların açılması deməkdir. Cexiya diplomatı eyni zamanda  Çexiya ilə Gəncənin iş adamlarının görüşlərinin və əməkdaşlığının səmərəli olacağını qeyd edib.

Görüşün sonunda Elmar Vəliyev səfirə xatirə hədiyyələri təqdim edib.

Görüşdən sonra səfir şəhərin görməli yerləri ilə tanış olub. 

Keçidlər