Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub

19 mart 2015 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub.Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Yığıncaqda İcra Başçısı ilk öncə şəhər fəallarını Novruz bayramı münasibəti ilə təbrik edib. Şəhər rəhbəri Elmar Vəliyev təqdimat mərasimində bildirib ki, bir neçə il Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışan Mikayıl Zeynalov Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini- şəhər təsərrüfatı şöbəsinin müdiri təyin olunub.

İcra başçısının digər sərəncamı ilə YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub. İcra başçısı Elmar Vəliyev yeni müavinləri ictimaiyyətə təqdim edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

 

 

 

Keçidlər