Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans öz işinə başlamışdır

25 dekabr 2014 | 16:00

Dekabrın 25-də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans iki gün davam etmişdir.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər  Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş və xatirəsinə ehtiram göstərərək önünə gül dəstələri düzmüşlər. Sonra iştirakçılar Gəncədəki Şah Abbas Cümə məscidi və “Aleksandr Nevski” rus pravaslab kilsəsi ilə tanış olmuşlar.
“RAMADA” plaza otelində keçirilən konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq ölkəmizdə insanların dini etiqad azadlığına yaradılan şəraitdən, tolerant ölkə kimi bütün dinlərə göstərilən hörmətdən və bu sahədə qazanılan uğurlardan danışaraq demişdir ki, ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun timsalında Gəncədəki «İmamzadə» ziyarətgahında aparılan nəhəng abadlıq və yenidənqurma işlərindən danışan Elmar Vəliyev onu da əlavə etmişdir ki, hazırda ziyarətgahda işlər daha da sürətləndirilmişdir.
Sonra Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək müstəqillik qazandıqdan sonra ölkəmizdə əldə olunan nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırmış və bildirmişdir  ki, bütün sahələrdə olduğu kimi İslami dəyərlərə söykənən Azərbaycanda milli-mənəvi dəyərlərə də hörmətlə yanaşılır. Hazırda respublikamızda 2050 məscidin olduğunu və onlardan 1600-nün fəaliyyət göstərdiyini deyən qurum rəhbəri qeyd etmişdir ki, bu məscidlərin yarıdan çoxu dövlət vəsaiti hesabına təmir edilmişdir.
Konfransda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, Milli Məclisin deputatı Musa Quliyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov və başqaları çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərindən, bu sahədə dünya ölkələrinə nümunə ola biləcək Azərbaycanın qazandığı uğurlardan, eləcə də radikal dini qruplara qarşı mübarizənin gücləndirilməsinin vacibliyindən danışmışlar.
Regional konfrans öz işini plenar iclaslarda davam etdirmişdir. İştirakçılara “Dini radikalizm və onun təhlükəli təzahürləri ilə mübarizə”, “Tarixilik və müasirlik baxımından milli-mənəvi dəyərlərimiz” və sair mövzularda məruzələr təqdim olunmuşdur.

Keçidlər