Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Qəmbər Hüseynlinin abidəsinin ətrafında aparılan yenidənqurma işləri tamamlanmaq üzrədir

25 yanvar 2022 | 16:00
Gəncədə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Şəhərin park və xiyabanlarında, o cümlədən digər ərazilərində mütəmadi olaraq iməciliklər təşkil olunur, ağac və gül kolları əkilir, məişət tullantılarından təmizlənir.  
Daha öncə xəbər verdiyimiz kimi, dahi bəstəkar Qəmbər Hüseynlinin abidəsinin yerləşdiyi ərazidə də yenidənqurma işləri aparılır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sözügedən əraziyə gedərək, görülən işlərlə yerində tanış olub. Şəhər rəhbərinə bildirilib ki, hazırda parkda təmir-bərpa işlər yekunlaşmaq üzrədir. Belə ki, parkın ərazisinə daş döşəmələr döşənib,  yeni oturacaqlar qoyulub, zibil qutuları yeniləri ilə əvəz olunub, yaşıllıqlar salınıb. O da bildirilib ki, parkda uşaqlar və böyüklər  üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılacaq. Təmir işləri yekunlaşdıqdan sonra ərazidə genişmiqyaslı iməcilik təşkil olunacaqdır.
Görülən işlərlə yerində tanış olan Niyazi Bayramov, bəzi məsələlərlə bağlı aidiyyəti şəxslərə öz tapşırıq və tövsiyələrini verib.
 
Qeyd edək ki, görülən bütün işlər şəhər sakinlərinin asudə vaxtlarından səmərəli istifadəsi üçün nəzərdə tutulub.
 
Keçidlər