Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İnfrastruktur

  • Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün şəhər ərazisində 20 yarımstansiya, 1039 KTM və TM fəaliyyət göstərir. 2012-ci ilin altı ayı ərzində 25315 metr QİN (SİP) kabeli və 12690 metr koaksial kabel çəkilmişdir. Ümumilikdə 6,5 km uzunluğunda müxtəlif gərginlikli yeni hava və kabel elektrik xətləri çəkilmiş, 1,2 km-i isə yenisi ilə əvəz olunmuş və 1-ədəd 160 kva-lıq KTM tipli transformator məntəqəsi quraşdırılmışdır.
  • Şəhərin bütün qəsəbələri fasiləsiz olaraq təbii qazla təmin olunur. Dövlət Proqramı çərçivəsində şəhər üzrə ayrı-ayrı küçə və prospektlərdə 98 min poqon metr-ə yaxın, o cümlədən 2012-ci ilin 6 ayı ərzində şəhərin ayrı-ayrı küçələrində 59,5 min poqon metrə qədər orta və aşağı təzyiqli qaz dəmir boru kəmərləri polietilen kəmərləri ilə əvəz edilmişdir.
  • Hacıkənd qəsəbəsində əhalinin təbii qazla təmin olunması üçün 6300 poqon metr uzunluğunda yeni qaz xətti çəkilmiş, 110 ailə təbii qazla təmin edilmişdir.Ümumilikdə 2012-ci ilin 6 ayı ərzində 744 fərdi ev qazlaşdırılmışdır. İşlər bu sahədə davam etdirilir.
  • Şəhərdə su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Cari ilin 6-ayı ərzində şəhər ərazisində 2733 poqon metr polad boru, 870 poqon metr kanalizasiya boru xətti yenisi ilə əvəz olunmuşdur.
  • Azərbaycan Höküməti ilə Almaniyanın KfW bankı və İsveçrənin SECO təşkilatı arasında bağlanmış müqaviləyə əsasən Gəncə şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində də bir sıra işlər görülmüşdür.
  • Uzunluğu 26,5 km, diametri 500 mm olan Göy-göl Gəncə magistral su xəttinin 19 km boru xətti çəkilmiş, Gəncə Göy-göl magistral yolunun kənarında teleqüllə yaxınlıəğında tutumu 4000 m3 olan yeni 1-ədəd su anbarının tikintisi başa çatdırılmışdır.
  • Qızılqaya ərazisində 25 m3 luk su anbarının və su təmizləyici stansiyanın tikintisi davam etdirilir.
  • Eyni zamanda Şəmkirçay su anbarından şəhərə çəkilən uzunluğu 27 km, diametri 1400 mm olan su xəttinin 20 km-i çəkilmişdir.
  • Şəhərin ərazisində 680 km yol şəbəkəsi vardır ki, onlardan da 680 km şəhər və məhəllə daxili yollardır.
  • 2012-ci ilin altı ayı ərzində 4,8 km-ə yaxın mərkəzi və məhəllədaxili yollarda təmir-bərpa işləri aparılaraq asfaltla örtülmüşdür. Bu işlər bu gün də davam etdirilir.
  • Şəhər ərazisindən Bakı-Böyükkəsik dəmir yolu xətti keçir, onun da 10 km-i şəhər ərazisinə düşür.

Gələcəkdə görüləcək infrastruktur layihələri:

  • Gələcəkdə şəhərdə bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar da aşağıdakılardır:
  • Şəhərin bütün qəsəbələrinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, su kanalizasiya sisteminin yenidən qurulması üzrə geniş miqyaslı işlər davam etdirilir.
  • Şəhərin bütün mərkəzi və məhəllədaxili yollarının asfaltlanması, şəhərin mərkəzi küçələrinin yenidənqurulması, abadlıq işlərinin intensivləşdirilməsi, yeni istirahət parklarının salınması, əhalinin sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi.
     
Keçidlər