Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir

31 may 2020 | 16:00

Hazırda işlər şəhərin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektləri, habelə Məmməd Xələfov küçəsində aparılır. Adıçəkilən ərazidə binaların həyətləri abadlaşdırılır, səkilərdə səligə-səhman yaradılır, yol kənarlarındakı yaşılııq zolaqları bərpa edilir. İşlərin gedişatına Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamaran Məhərrəmov sözügedən əraziyə baş çəkiblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı əsasında əraziyə gələn rəsmilər, işlərin gedişatı ilə yerində tanış olublar.

İşlər xüsusilə Məmməd Xələfov küçəsində geniş vüsət alıb. Burada çoxmənzilli binaların qarşısındakı yaşıllıq zolaqları bərpa edilir, səkilərə bardür daşları düzülür, ehtiyac olan hissələrdə yolun asfalt örtüyü bərpa edilir. İri gövdəli ağacların yola tərəf əyilən və yol nişalarının görünməsinə mane olan budaqları budanır. Əraziyə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.

Abadlıq-quruculuq işləri Gəncədə inşası davam edən yeni modul tipli xəstəxananın ətrafında da aparılır. Səməd Tomuyev və Kamran Məhərrəmov qeyd edilən ərazidə də olublar. Onlar burada iş icraçıları görüşüb, öz tapşırıq və tövsiyyələrini veriblər.

Keçidlər