Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramovun təşəbbüsü ilə Gəncədə tibbi maska istehsalına başlanılıb

14 aprel 2020 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə Gəncədə tibbi maska istehsalına başlanılıb. İstehsal “Sahibkar Qadınlar” İctimai Birliyinin müəssisəsi olan “Qızıl Əllər” MMC-də həyata keçirilir. Tibbi maskaların istehsalı üçün lazım olan xammal isə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev tərəfindən təmin olunur.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Millət vəkili Pərvin Kərimzadə “Qızıl Əllər” MMC-yə baş çəkib, tibbi maskaların istehsal prosesi ilə tanış olublar. “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva bildirib ki,  əgər əvvəl tibbi maskalar daxili imkanlar hesabına 3-5 dərzi xanım tərəfindən tikilirdisə, hazırda istehsal prosesinə 20-a yaxın işçi cəlb edilib. Xammal biçilərək dərzilərə paylanır, onlar isə öz növbələrində tibbi maskaları istifadəyə hazır vəziyyətə gətirirlər.

Niyazi Bayramov öz köməyini əsirgəməyərək  istehsal prosesində yaxından iştirak edən dərzi xanımlara minnətdarlığını bildirib. O qeyd edib ki, ölkə başçısı İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar göz qabağındadır. Bu istiqamətdə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılır. Hər bir Azərbaycan vətəndaşının üzərinə düşən isə dövlət başçımızın tələb və tövsiyyələrinə əməl etmək,  koronavirusa qarşı mübarizədə birlik olmaqdır.

Tam steril şəraitdə hazırlanan tibbi maskalar xidmət sahələrində çalışan şəxslərə, o cümlədən Gəncə Uşaq Evi və Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin əməkdaşlarına təmənnasız paylanılacaq.

Keçidlər