Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə çoxmənzilli binalar təkrar dezinfeksiya olunurlar

09 aprel 2020 | 16:00

Koronavirusla əlaqədar olaraq Gəncədə çoxmərtəbəli yaşayış binalarının təkrar dizinfeksiyası aparılır. Son günlər ərzində 100-ə yaxın binada virus əlehinə tədbirlər görülüb.

Çoxmərtəbəli yaşayış binalarının təkrar dizinfeksiya işləri Mənzil İstismar Sahələri, habelə Gəncə Şəhər Dizinfeksiya Stansiyasının 4 birqadası tərəfindən həyata keçirilir. Binalarının ətrafı, bloklar, piləkənlər, eləcə də lift və qapıların girişləri çiləyici aparatlarının köməyi ilə xüsusi məhlullarla dizinfeksiya olunur.

İşlərə Gəncə Şəhər MKTİB-in onlarla texnika və yüzə yaxın canlı qüvvəsi də cəlb edilib.

Dezinfeksiya işləri Gəncənin Şıxzamanlı qəsəbəsi, Yeni Gəncə, Gülüstan, Bağbanlar və Mahrasa bağı yaşayış massivləri, habelə Heydər Əliyev prospekti və Dədə Qorqud küçələrindəki çoxmənzilli binaları əhatə edib.

Dezinfeksiya işləri ilə yanaşı Gəncənin Mənzil İstismar Sahələrinin işçiləri mütamadi olaraq ərazi üzrə sakinlərlə maarifləndirici söhbətlər aparırlar, karantin qaydalarına riayət edilməsinin vacibliyini izah edirlər.

Gəncənin küçə və prospektləri də dezinfeksiya olunur. Şəhərin Heydər Əliyev, Şah İsmayıl Xətai, Atatürk və Nizami Gəncəvi prospektləri, habelə Gəncəvi, Bayan, Təbriz, Çarıxçılar və bir sıra başqa küçələrində xüsusi texnikalar vasitəsilə dezinfeksiya işləri aparılıb.

İşlər gündəlik olaraq həyata keçirilir.

Keçidlər