Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə aparılan dezinfeksiya işləri davam edir

28 mart 2020 | 16:00

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədəki ictimai məkanlarda, park və xiyabanlarda dezinfeksiya işləri aparılır. Bununla yanaşı küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda həyata keçirilən dezinfeksiya işləri davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə də müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır. Bu işlər müvafiq qurumlar tərəfindən gündəlik olaraq həyata keçirilir.

Kəpəz Rayon İcra Hakimiyyəti və Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə istirahət məkanları, əhali tərəfindən ümumişlək olan ərazilər dezinfeksiya edilir. Virusun yayılmaması məqsədilə görülən qabaqlayıcı tədbirlər Park-Bulvar Kompleksində də reallaşıb. Ərazidəki oturacaqlar, atraksionlar, hərəkət zolağı, ictimai iaşə obyektlərinin qarşısı, səkilər, həmçinin məişət qutuları xüsusi məhlulla dərmanlanıb. Dezinfeksiya işləri bundan əvvəl Heydər Əliyev Prospekti, Məhəmməd Füzuli və Fikrət Əmirov parklarında aparılıb.

Gəncənin Heydər Əliyev Meyda və ətrafıda da dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri şəhərin küçə və prospektlərini, habelə yaşayış massivlərini əhatə edir. İşlərə Gəncə Şəhər MKTİB-in onlarla texnika və yüzə yaxın canlı qüvvəsi cəlb edilir. Binaların girişləri, bloklar, liftlər xüsusi məhsulla dezinfeksiya edilir. Dezinfeksiya işləri şəhərdəki bütün çoxmənzilli binaları əhatə edir. İşlər mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər