Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Tibb Kollecində Nəsiminin 650 illiyinə həsr edilən tədbir keçirilib.

20 dekabr 2019 | 16:00

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Tibb Kollecində direktoru Mehman Rzayev, struktur və idarə rəhbərləri,  habelə kollecin tələbələri iştirak edib.

Toplantıda dahi mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilməsi şairə verilən yüksək dəyər və ehtiramın göstəricisidir. Nəsiminin yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edir. Dahi şair, ana dilində yazıb yaratmaqla özündən sonra gələn azərbaycandilli şairlərin yetişməsi üçün zəmin yaradıb. Bununla da o, XIV əsrdən sonra Azərbaycan ədəbi dilinin inkişafına məqsədyönlü istiqamət verib.

 

Daha sonra Gəncə Tibb Kollecinin tələbələri tərəfindən təşkil olunan kompozisiya təqdim edilib. Tələbələrin ifasında Nəsiminin qəzəllərindən nümunələr həm ana dilimizdə, həm ingilis dilində səsləndirilib.

Tədbirdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Tibb Kollecində yenicə istifadəyə verilmiş laboratoriyalarla tanış olub. Mehman Rzayev laboratoriya haqqında məlumat verərək bildirib ki, Gəncə tibb kollecində 3 şöbə üzrə 7 ixtisasda 829 tələbə təhsil alır. Bu ixtisaslardan Ortopedik stomatologiya, laboratoriya diaqnostika və tibbi profilaktika ixtisasları yeni yaradılıb və müasir laboratoriyalarla təchiz edilib. O bildirib ki,  burada Avstriyanın elektro mikroskopları, Yaponiyanın müxtəlif cihaz və aparatları var. Ortopedik stomatologiya laboratoriyası isə tam yeni bir laboratoriyadır. Direktorun sözlərinə görə, bu laboratoriya ilk dəfə olaraq kolleclər arasında Gəncə Tibb Kollecində tətbiq olunub.

Qeyd edək ki, kollecdə yeniliklər bununla bitmir. Burada təhsil alan tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ilk dəfə olaraq incəsənətin müxtəlif növlərini əhatə edən dərnəklər də yaradılacaq.

Keçidlər