Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub, sakinlərlə görüşüb

07 noyabr 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərində olub, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb. Şəhər rəhbəri abadlaşdırılması nəzərdə tutulan çoxmənzilli yaşayış binalarının həyətlərinə baş çəkib, buradakı vəziyyətlə yaxından tanış olub.

Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətiriblər. Onlar yaşadıqları ərazilərdə məhəllədaxili yolların asfaltlanmasını, gecə işıqlandırılması sisteminin qurulmasını, uşaqlar üçün oyun meydançalarının yaradılmasını xahiş ediblər.

Niyazi Bayramov qeyd edib ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Şəhərdə olan əksər binaların həyətləri abadlaşdırılaracaq, yaşıllıqlar bərpa ediləcək. Sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması istiqamətində görülən bu işlər, növbəti il də mərhələli şəkildə davam etdiriləcək.

Qeyd edək ki, bu işlərlə yanaşı çoxmərtəbəli binalardaki istismar müddətini başa vurmuş liftlər də yenilənir. Şəhər rəhbəri bu istiqamətdə aparılan işlərin gedişatı ilə maraqlanıb, yeni quraşdırılan liflətin vəziyyəti ilə tanış olub. O bildirib ki, Gəncədə ümumilikdə 90-dan artıq istismar müddətini başa vurmuş lift yenilənəcək.

Sakinlər göstərilən diqqətə və şəhərdə aparılan abadlıq quruculuq işlərinə görə öz minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər