Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşların müraciətləri dinlənilib

23 oktyabr 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. Qəbulda Kəpəz Rayon İcra Hakimiyyətinin başçsı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısıs Nizami Hacıyev, idarə, müsəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri tək-tək dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. Torpaq sahəsi ilə təminat, fərdi yaşayış evinin təmiri, ara küçələrin asfaltlanması kimi məsələlər müraciətlərin əsasını təşkil edib. Bunlarla yanaşı göz əməliyyatı üçün maddi yardımın göstərilməsini, yaşadığı mənzilin dam örtüyünün təmirini xahiş edənlər olub.

Bütün müraciətlər dinlənilib, həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması  üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər