Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə könüllü qan vermə aksiyası keçirilib

11 sentyabr 2019 | 16:00

Gəncədə könüllü qan vermə aksiyası keçirilib. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə baş tutan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı Niyazi Bayramov iştirak edib. Milət vəkili Naqif Həmzəyev, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov və digər idarə, müəssisə rəhbərləri də könüllü olaraq qan veriblər.

“İmamzadə” ziyarətgahında təşkil olunan qanvermə aksiyasında Gəncə və ətraf rayonlardan 561 nəfər iştirak edib. Aksiya səhər saat 9-da başlanılıb. Mərkəzi Qan Bankının Gəncə filialının 56 nəfərlik tibbi briqadası xüsusi qurulmuş çadırda vətəndaşlara xidmət göstərib. Burada 32 nəfərin eyni vaxtda qanverməsi üçün hər bir şərait yaradılıb, məntəqə zəruri dərman və tibbi vasitələrlə təmin edilib. Aksiyada iştirak emək istəyən şəxslərin əvvəl arterial təziqi və qanında olan hemoqlobinin miqdarı yoxlanılıb. Sağlamlığında problem olmayan və 18 yaşıdan yuxarı şəxslər qan verə biliblər.

Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri Tahirə Məmmədova bildirib ki, tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsi üçün istifadə ediləcək.  “Hazırda Mərkəzi Qan Bankının Gəncə bölməsində ümumilikdə 78  talassemiyalı xəstə qeydiyyatdadır. Bildirək ki, aksiya 40 gün ərzində davam edəcək. Qan vermək istəyən şəxslər Mərkəzi Qan Bankının Gəncə bölməsinə yaxınlaşa bilərlər”- deyə Tahirə Məmmədova əlavə edib.

Qeyd edək ki, Gəncədə İmamzadə Dini Kompleksində keçirilən tədbirlərdə iştirak etmək istəyən Gəncə şəhəri və ətraf  bölgə əhalisi üçün ictimai nəqliyyat vasitələri səhər saatlarından gücləndirilmiş iş rejimində çalışır. Şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin "İmamzadə" dini kompleksinə daşınması üçün pulsuz nəqliyyat vasitələri təşkil edilib. Eyni zamanda vətədaşlara xidmət və təhlükəsizliyi təmin etmək üçün "İmamzadə" dini kompleksinə təcili tibbi yardım briqadaları və Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb edilib. Həmçinin içməli su daşıyan maşınlar da ziyarətçilərin ixtiyarına verilib.

Keçidlər