Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə bayram namazı qılınıb

05 iyun 2019 | 16:00

 

Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Gəncə şəhərində də bayram namazı qılınıb. Bayram Namazı şəhərin “İmamzadə” ziyarətğahı və bütün məscidlərində eyni vaxtda səhər saat 08:00 da başlayıb.

Bayram namazından sonra isə şəhərin “İmamzadə” ziyarətğahı,  “Şah Abbas Cümə”, “Şahsevənlər”, “Qazaxlar”, “Qırıxlı”, “Böyük bağbanlar” və “Bala bağban” məscidlərində möminlər üçün çay süfrəsi açılıb. Bayram süfrəsi Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun şəxsi təşəbbüsü ilə təşkil olunub. Belə ki, şəhər rəhbərinin göstərişi ilə “İmamzadə” ziyarətğahı və bütün məscidlərə çay süfrəsinin təşkili üçün müxtəlif növ şirniyyatlar paylanıb.

Xatırladaq ki, ən mütəşəkkil şəkildə keçirilən bayramlarından olan Ramazan bayramı Azərbaycanda ayın görünməsindən asılı olaraq, Miladi təqvimi ilə iyunun 5-nə düşür. Azərbaycan hökumətinin qərarına əsasən, 5, 6 iyun tarixləri bayram hesab edilir.

 

Keçidlər