Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“IMAGINE Avro”: Gəncədə kinorejissor Andres Lübbertin "El Color del Camaleon" filmi nümayiş olunub

14 may 2019 | 16:00

 

Gəncə Dövlət Universitetində “IMAGINE Avro” tolerantlıq festivalı çərçivəsində kinorejissor Andres Lübbertin "El Color del Camaleon" filminin nümayişi olub.

Çıxışlarda bildirilib ki, builki festivalda tolerantlıq və müxtəliflik mövzusunda 30-dan çox sənədli və bədii film təqdim edilib.

Festivala öz filmlərini təqdim etmək üçün Fransa, Finlandiya, Latviya, Hollandiya və Belçikanın tanınmış rejissorları qatılıb və müxtəliflik mövzusunda olan müzakirələrdə iştirak ediblər. Həmçinin universitetlərdə sənədli filmlərin çəkilməsi haqqında tələbələrə və yerli gənc rejissorlara ustad dərsləri keçirilib.

Gənc kinorejissor Andres Lübbertin "El Color del Camaleon" filminin mövzusu, ideyası və süjet xətti haqqında kinosevərlərə məlumat verib.

Bildirilib ki, dramatik səhnələrin yer aldığı filmin əsas ideyasını multikulturalizm və tolerantlıq təşkil edir. Filmin mövzusu gənc rejissorun öz atasının həyatında yaşadığı çətinliklərdən təsirlənərək ekranlaşdırılıb.

Sonra filmə baxış olub.

 

Keçidlər