Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə ağacəkmə aksiyası keçirilib

08 aprel 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi  münasibəti ilə baş tutub. Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər. Gəncənin Heydər Əliyev Park Kompleksi ərazisində 10 min ağac əkilib. Aksiyasıaa ictimaiyyət nümayəndələri, tələbə və gənclərin xüsusi fəallığı müşahidə olunub.

Ərazidə təmizlik-abadlıq işləri aparılıb, yol kənarı alaq otlarından və daşlardan təmizlənib. Daha sonra dekorativ kollar və həmişəyaşıl ağaclar əkilib.Yeni əkilən ağaclar xüsusi ayrılan su maşınları vasitəsi ilə suvarılıb.

 

 

Keçidlər