Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının açılış mərasimi baş tutub

29 mart 2019 | 16:00

 

Gəncədə “Bölgələrdən bölgələrə” regionlararası yaradıcılıq festivalının açılış mərasimi baş tutub.  Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən yaradıcılıq festivalında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Mədəniyyət nazirin müavini Rafiq Bayramov, respublikanın 15 regional mədəniyyət idarəsinin nümayəndələri və şəhər ictimaiyyəti iştirak edib.

Mədəniyyət nazirin müavini Rafiq Bayramov bildiirb ki, “Bölgələrdən bölgələrə” regionlararası yaradıcılıq festivalı artıq ikinci ildir ki, təşkil olunur. İlk regional tədbir Gəncədə baş tutur. Layihənin məqsədi şəhər və rayonlar arasında mədəniyyət əlaqələrinin genişləndirilməsidir.

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının birinci hissəsində 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı iləsərgi təşkil olunub. Sərgi çərçivəsində festival çadırları qurularaq şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilib. Bundan başqa, sənətkarlıq nümunələrinin satışı da həyata keçirilib. Tədbir iştirakçıları festival çadırlarını gəzərək, regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanışlıq olmaq imkanı əldə ediblər.

Festivalın ikinci hissəsində isə tədbir iştirakçılarına möhtəşəm konsert proqramı təqdim olunub. 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin musiqiçiləri, rəqs qrupları, folklor kollektivləri və qiraət ustaları çıxış edərək, tamaşaçıları müsiqinin sehrinə salıblar.

Qeyd edək ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Gəncədən sonra Ağstafada təşkil olunacaq. Daha sonra isə növbə ilə Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcəbədi, Abşeron, Xaçmaz, Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxıda keçiriləcək.

Keçidlər