Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyini qəbul edib

11 may 2018 | 16:00

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir. Səfər çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşən səfir Viktor Sederkenyiyə Gəncənin mədəniyyəti, tarixi və bu günü barədə ətraflı məlumat verilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə isə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət paytaxtı statusunu daşıyan Gəncə, 2019-cu il üçün "Avropanın İdman Şəhəri" tituluna namizəddir. Həyata keçirilən irimiqyaslı tikinti layihələrindən söz açan şəhər rəhbəri, qeyd edib ki, Gəncədə 50 milyon avro dəyərində su və kanalizasiya sisteminin yenidərqurulması layihəsi icra olunur.

Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Gəncədə olmaqdan məmnunluq hissi bildirib. Səfərinin bir neçə məqsədi olduğunu qeyd edən səfir, Macarıstanda kənd təsərrüfatı sahəsinə daha çox diqqətin ayrıldığını bildirib. O, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Macaristan Aqrar Universiteti arasında mövcud olan əməkdaşlıq əlaqələrindən danışaraq, hər iki universitet arasında həyata keçirilən tələbə və müəllim mübadiləsindən söz açıb. Macarıstanın Azrbaycanla digər sahələrdə də əməkdaşlıqda maraqlı olduğunu dilə gətirən səfir Viktor Sederkenyi, Gəncədə müştərək layihələrin icrasının mümkünlüyündən danışıb. Söhbət zamanı komunal və aqrar sahələri əhatə edən layihələr müzakirə olunub.

Qeyd edək ki, görüşdə Macarıstanın İqtisadi məsələlər üzrə birinci dərəcəli müşaviri Şandor Kapitani, Macarıstan Ticarət Evinin Bakıdakı nümayəndəliyinin icraçı direktoru İbrahim İsmayılov, Macarıstan Ticarət Evinin Bakıdakı nümayəndəliyinin müşaviri Anar Kərimov da iştirak edib.

 
Keçidlər