Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə ağacəkmə aksiyası təşkil olunub

05 may 2018 | 16:00

 

Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibəti ilə ağacəkmə aksiyası təşkil edib. "Hərəyə bir ağac əkək" devizi ilə Heydər Əliyev park-kompleksinin ərazisində 10 min şam ağacı əkilib. Şəhər ictiamyəti və partiya fəalları həmçinin təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər. Aksiya gənclərin şən ifa və rəgsləri ilə müşayiət olunub.

Qeyd edək ki, gənc fəallar hər həftə mütəmadi olaraq Heydər Əliyev park-kompleksinin ərazisində iməclik təşkil edərək, əkilən ağaclara qulluq göstərirlər.

Keçidlər