Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Kəpəz Rayon İcra Hakimiyyəti başçısı vətəndaşları qəbul edib

24 aprel 2018 | 16:00

Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev tərəfindən keçirilən qəbulda 30-a yaxın vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaş qəbulunda su-kanalizasiya xətlərinin bərpası, keçə işıqlandırılması, işlə təminat və s. məsələlər ilə bağlı problemlər səsləndirilib.

Eldəniz Xudiyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlarını verib.

Qeyd edək ki, qəbula yalnız problemi olanlar deyil, müraciətləri həll olunan vətəndaşlar da minnətdarlıq üçün gəlmişdilər. Mütəmadi keçirilən qəbullar vətəndaşların razılığına səbəb olub.

Göstərilən diqqət və qayğıdan məmnunluq bildirən vətəndaşlar prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Keçidlər