Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin iki komandası "Xəmsə" milli intellektual oyununun zona mərhələsinə vəsiqə qazanıb

10 aprel 2018 | 16:00

 Gəncə şəhərində "Xəmsə" milli İntellektual oyunu üzrə X Azərbaycan Çempionatının seçim turu keçirilib. 

Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, "Gəncə" İntellektual Klubunun dəstəyi ilə təşkil edilən yarışa 8 komanda qatılıb.

Seçim turunda ümumilikdə 60 gənc iştirak edib. İki qrupda mübarizə aparan komandalardan ilk iki yeri tutanlar final mərhələsində mübarizəni davam etdiriblər. Yarışın finalında çıxış edən komandalardan "Rekviem" 1-ci yeri, "Çoqori" isə 2-ci yeri tutub. Qaydalara əsasən hər iki komanda çempionatın zona mərhələsinə vəsiqə qazanıb.

 
Keçidlər