Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Aprel döyüşlərinə həsr edilmiş peyntbol turniri keçirilib

10 aprel 2018 | 16:00
 

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş turnir keçirilib. İlk dəfə olaraq gənclər təşkilatları arasında keçirilən peyntbol turnirində şərti döyüşçülər 8 komandada təmsil olunublar.

Turnir gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği ilə əlaqədar olaraq şəhərin və universitetlərin gənclər təşkilatlarının iştirakı ilə keçirilib. Heydər Əliyev park-kompleksi ərazisində təşkil olunmuş turnirin qalibi YAP Gəncə şəhər təşkilatının "Gənclər birliyi" komandası olub

Keçidlər