Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Elçin Zeynalovun 70 illik yubileyi qeyd edilib

04 aprel 2018 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətində keçirilən yubiley tədbirində şəhərin idman ictimayyətinin nümayəndələri, ziyalılar, təhsil işçiləri və KİV nümayəndələri iştirak edib. Yubiley tədbirində Elçin Hidayət oğlu Zeynalovun şərəfli ömür yoluna nəzər salınıb.

Bildirilib ki, Elçin Zeynalov 1 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hal-hazırda sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətini davam etdirən yubilyar Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Bir çox yetirməsi Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Bunlardan Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyevi misal göstərmək olar. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov 2012-ci ildə London Olimpiya Oyunlarının qızıl medalını qazanıb, 2016-cı il Rio de-Janeyro Olimpiya Oyunlarında gümüş medala yiyələnib.

Yubiley tədbirində Gənclər və İdman nazirinin müşaviri Tofiq Eyvazov çıxış edərək bildirib ki, güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı, 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Daha sonra Tofiq Eyvazov Gənclər və İdman naziri Azad Rəhimovun təbrik məktubunu səsləndirib.

Yubiley tədbirində  Azərbaycan Güləş Federasiyası prezidentinin müşaviri Yaqub Məmmədov , Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Ramil Qasımov, yubilyarın uşaqlıq dostu Ayyət Rüstəmzadə və başqaları çıxış edərək, Elçin Zeynalovun ünvanına xoş sözlər səsləndirib, xtirə hədiyyələri təqdim ediblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva Elçin Hidayət oğlu Zeynalovu şəhər rəhbərliyi adından təbrik edərək, "Fəxri fərman" və hədiyyəni yubilyara təqdim edib.

Elçin Zeynalov ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarliğini bildirib. Azərbaycan idmanının inkişafı naminə daha da əzmlə çalışacağını vurğulayıb.

Keçidlər