Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 'Qadın reproduktiv sağlamlığı naminə' mövzusunda regional konfrans keçirilib

01 aprel 2018 | 16:00
 

 Konfrans Gəncə şəhər İcra Hakimiyyətinin Səhiyyə idarəsinin və Respublika Perinetal Mərkəzinin təşkilatçılığı ilə Ramada Plaza oteldə baş tutub. Seminarda şəhər səhiyyə idarələrində çalışan həkim mama-ginekoloqlar iştirak edib.

Respublikanın baş mama-ginekoloqu, Respublika Perinetal Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Sevinc Məmmədova  "Antibiotika davamlılığı. Əsrin bəlası" və "Folatların hamiməlik zamanı əhəmiyyəti: preqravidar mərhələdən doğuşa qədər" mövzusunda çıxış edib. Həmçinin Sevinc Məmmədova qadın reproduktiv sağlamlığın qorunub saxlanılması istiqamətində görülən işləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.

ATU-nun I mamalıq-ginekologiya kafedrasının professoru, "Sağlam Nəsil" İctimai Birliyin prezidenti Nigar Kamilova öz çıxışında tədbir iştirakçılarını salamlayaraq onlarla "Kiçik çanaq orqanlarının xəstəliklərinin müasir müalicəsində immunoterapiyanın rolu" mövzusu ətrafında müzakirə aparıb. 

Qeyd edək ki, konfransın əsas məqsədi Gəncə və ətraf bölgələrdə çalışan həkim mama-ginekoloqların müəyyən mövzuların çatdırılmasından, onların tibb biliklərini daha da təkminləşdirməkdən ibarətdir. Diskussiya xarakteri daşıyan konfransda iştirakçılar əsasən qadın reproduktiv üzvlərində olan xəstəliklərdən və onun müalicəsi ətrafında müzakirələr aparıb.

Sonda seminar iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edilib

Keçidlər