Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə İsveçrəli Sedrik Kristofer Merklinin sərgisi təşkil olunub

16 mart 2018 | 16:00

İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirliyi tərəfindən təşkil olunacaq sərgidə Sedrik Kristofer Merklinin 36 əsərləri nümaiş etdirilib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Həsən Məmmədov çıxış edərək, Gəncənin beynəlxalq əlaqələri haqqında məlumat verib. Bu günkü tədbirin də həmin əlaqələrin bariz nümunəsi olduğunu qeyd edib.

İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin müavini xanım Liliana Pesçini də Gəncədə olmaqdan, keçirilən tədbirlərdən məmnunluğunu dilə gətirib.

Fotoqraf Sedrik Kristofer əsərləri haqqında danışarkən deyib ki, sərgidəki əsəsrlərin hamısının ümumilikdə İsveçrədəki bir günü əks etdirir.

Çıxışlardan sonra ictimaiyyət nümayəndələri sərgiyə tamaşa ediblər.

Qeyd edək ki, sərgidəki şəkillər İsveçrədə keçirilən "Pendir Bölüşməsi" layihənisini tərənnüm edir. 

Keçidlər