Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə İsveçrə istehsalı olan "Haydi" filmi nümayiş etdirilib

15 mart 2018 | 16:00
 

İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami yurdunda isveçrəli kinematoqrafçıların istehsalı olan "Haydi" filmi nümayiş etdirilib.

Nümayişdən öncə Gəncə Şəhər İcra Hakimiyyəti rəsmisi Həsən Məmmədov qonaqları salamlayaraq, Prezident İlham Əliyevin diqqət və qayğını nəticəsində Nizami yurdunun sürətlə inkişaf etdiyini bildirib. Gəncədə beynalxalq tədbirlərin ən yüksək səviyədə keçirilməsi üçün bütün şəraitin mövcud olduğunu xüsusi vurğulayan Həsən Məmmədov, səfirlik tərəfindən təşkil olunan layihələrin də uğurlar həyata keçirildiyini bildirib.

İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri müavini xanım Liliana Pesçini Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə olduğundan məmnunluq hissi duyduğunu bildirib. Bakı ilə yanaşı qədim tarixə, mədəniyyətə malik olan Nizami yurdunda iki layihəni həyata keçirildiyini deyən Liliana Pesçini İsveçrənin zəngin tarixini nümayiş etdirmək üçün Gəncə şəhərinin seçilməsinin heç də təsadüfü olmadığını qeyd edib.

Daha sonra film nümayiş etdirilib.

Qeyd edək ki, "Spielfilm"in istehsalı olan ekran əsəri İsveçrə yazıçısı İohan Spirin "Haydi" adlı povesti əsasında çəkilib. Film körpəlikdən yetim qalan və İsveçrənin Alp dağlarında babasının yanında yaşayan azyaşlı qız – Haydinin həyatından bəhs edir. Uşaqlar üçün nəzərdə tutulan əsər dəfələrlə dünya kinematoqrafçıları və animasiyaçıları tərəfindən müxtəlif variantlarda ekranlaşdırılıb və hər dəfə də geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Bildirək ki, mart ayının 16-da isə İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirliyi tərəfindən Məhsəti Gəncəvi Mərkəzində təşkil olunacaq sərgidə Sedrik Kristofer Merklinin 36 əsəri nümaiş ediləcək. Sərgidəki şəkillər İsveçrədə keçirilən "Pendir Bölüşməsi" layihəsini tərənnüm edəcək. 

 
Keçidlər