Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin ilin yekununa dair hesabat yığıncağı keçirilib

26 dekabr 2017 | 16:00
 

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, Belarusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Gennadi Axramoviç və zavod işçiləri iştirak edib.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq 2017-ci ildə zavodun fəaliyyətinin ürəkaçan olduğunu söyləyib. Prezident İlham Əliyevin 10 noyabr tarixində Nizami yurduna olan səfərindən danışan Elmar Vəliyev bildirib ki, daimi inkişaf edən Gəncədə 2018-ci ildə də uşaq bağçaları, "Gəncəçay" park-bulvar kompleksinin sağ sahili, "Süni Mərmər və Qranit İstehsalı" ilə yanaşı "Kərpic" zavodu və başqa obyektlər tikilib, istifadəyə veriləcək.

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, Azərbaycanın Çexiyadakı səfirliyində Gəncə Avtomobil Zavodu və Çexiyanın "Tatra" şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum imzalanıb. Qeyd edib ki, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ "Tatra" yük maşınlarının yığımına başlanılacaq. Gələn ildən Türkiyədə Gəncə Avtomobil Zavodunun nümayəndiliyi açılacaq. Zavodun Gürcüstanda da nümayəndəliyi olduğunu bildirən millət vəkili xüsusi vurğulayıb ki, burada yığılan avtomobillər xarici ölkələrə ixrac ediləcək. 

Belarusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Gennadi Axramoviç Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığın ilbəil gücləndiyini bildirib. Gəncə Avtomobil Zavodunda yığılan avtomobillər sayəsində ölkələrin iqtisadiyyatının bundan sonra da inkişaf edəcəyini deyən Gennadi Axramoviç qeyd edib ki, 2018-ci ildə zavodun fəaliyyətində daha çox yeniliklər olacağına inanır.

Sonra Belarusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Gennadi Axramoviçə Gəncə - Qomel şəhərləri arasında qardaşlıq münasibətlərini inkişaf etdirilməsinə və Gəncə Avtomobil Zavodunun fəaliyyətinin genişləndirilməsinə verdiyi töhvəyə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının "Sertifikatı" təqdim olunub.

Sonda zavod işçilərinə Gəncə şəhərinin ictimai həyatında və sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının "Fəxri Fərman"ları təqdim edilib və xatirə şəkil çəkdirilib. 

Keçidlər