Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

12 dekabr 2017 | 16:00
 

Müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, rəsmi şəxslər, şəhər ictimaiyyətinin nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, məktəblilər dahi şəxsiyyət Ulu Öndərin şəhərin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.

 

On dörd il cismən Azərbaycan xalqından ayrılmasına baxmayaraq, mənən və əbədi olaraq da bizimlə qalacaq Heydər Əliyev vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. Ümummilli liderin siyasi xətti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev mediaya dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışıb. Fuad Əliyev ümumilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda elmin inkişaf mərhələləri və uğurlu nəticələrindən bəhs edib.

Gəncə Dövlət Filarmoniyasının direktoru Samir Cəfərov vurğulayıb ki, Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Samir Cəfərov bildirib ki, musiqimiz də, teatrımız da, kino sənətimiz də bu günkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnir.

Qeyd edək ki, hazırda Ulu Öndərin abidəsi önündə izdiham müşahidə olunur, hər bir fərd dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edir.

Keçidlər