Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

30 oktyabr 2017 | 16:00
 
Türkiyə Cümhuriyyətinin elan olunmsının 94-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğu tərəfindən bayram tədbiri təşkil edilib. Tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyə Cumhuriyyətinin Gəncədəki Baş konsulu Orxan İşık, şəhər ziyalıları və rəsmi dairələri təmsil edən şəxslər qatılıb.

Bayram tədbirində Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubu oxunub.

 

Türkiyənin Gəncədəki Baş konsulu Orxan İşık çıxış edərək, türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Respublikasının bugünkü inkişaf  və tərəqqisindən danışıb. Qeyd edib ki,  Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olublar. Orxan İşık  Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında Gəncə şəhərinin də rolundan danışıb.  Gəncənin Cumhuriyyət paytaxtı olmasını və qardaş ölkəyə dəstək vermək məqsədi ilə türk ordusunun bu şəhərə gəldiyini vurğulayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbirdə çıxışı zamanı bildirib ki, dövlət müstəqilliyi hər bir xalqın malik olduğu ən dəyərli sərvətdir. Türk xalqı 94 il bundan əvvəl dövlət müstəqilliyini elan etmişdir. İcra başçısı qardaş ölkənin müstəqillik bayramı münasibəti ilə Türkiyə xalqını təbrik edib, inkişaf və tərəqqi arzulayıb. Elmar Vəliyev deyib ki, bir-birilərinin dövlət müstəqilliyini dəstəkləyən, həmrəylik göstərən Azərbaycan və Türkiyə  arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz və xalqlarımız arasında möhkəm tərəfdaşlığa Azərbaycanın Gəncə şəhəri ilə Türkiyənin şəhərləri arasındakı əməkdaşlıq da öz töhfəsini verməkdədir. 

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

Keçidlər