Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Tibb Kolleci əsaslı təmir olunub

18 oktyabr 2017 | 16:00
 

"Azərbaycanın Dövlət Müstəqilliyi Günü"ndə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, Tibb Kollecinin müəllim və tələbələri Gəncə Tibb Kollecində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev bildirib ki, Dərs otaqları və kabinetlər yeni əyani dərs vasitələri ilə təchiz edilib. Əsas korpusun birinci mərtəbəsində kollec tələbələrinin müasir biliklərə yiyələnməsi üçün kitabxana fəaliyyətə başlayıb. Yeni kitablar və dərs vəsaitləri ilə təmin olunmuş kitabxanada tələbələr həm də elektron kitabxana xidmətlərindən istifadə edə biləcəklər. 80 tonluq yeraltı su hovuzu tikilib, eyni zamanda sahə daxili su xətləri və kanalizasiya sistemi dəyişdirilmişdir. Həyət və bina daxili elektrik xətlərinin hamısı yeraltı kabellə əvəz olunub.

 

Tanışlıqdan sonra Tibb Kollecinin iclas zalında görüş keçirilib. Tədbirdə Gəncə Tibb Kollecinin dünənini və bu gününü özündə əks etdirən videoçarx nümayiş edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Tibb Kollecinin iclas zalında tədbir iştirakçılarını salamlayaraq "18 Oktyabr-Müstəqillik Günü" münasibəti ilə onları təbrik edib. Elmar Vəliyev ölkə rəhbəri İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində şəhərimizdə aparılan irimiqyaslı abadlıq-quruculuq işlərini tədbir iştirakçılarının diqqətinə çatırıb. Həmçinin şəhər rəhbəri bu qayğı və diqqətin nəticəsində Gəncə Tibb Kollecində tələbələrin yüksək təhsil alması üçün əsaslı təmir işləri aparılaraq yüksək keyfiyyətli şərait yaradıldığını vurğulayıb.

Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev öz çıxışında Prezident İlham Əliyevə yaradılan şəraitə görə öz dərin minnətdarlığını bildirib. Hazırda kollecdə 600 nəfər tələbənin təhsil aldığını bildirən Mehman Rzayev, 59 nəfər həkim-müəllim, 24 nəfər müəllim, 27 nəfər isə inzibati və texniki işçi olmaqla ümumilikdə kollecdə 126 nəfərin çalışdığını qeyd edib.

Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının sədri Kifayət Fəttahi çıxış edərək kollektiv adından Gəncədə gedən abadlıq və quruculuq işlərinə görə, həmçinin Tibb Kollecinin əsaslı təmirinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və İcra başçısı Elmar Vəliyevə öz dərin təşəkkürünü bilirib.

Gəncə Tibb Kollecinin Gənclər Təşkilatının sədri, "Tibb bacısı işi" ixtisası üzrə II kurs tələbəsi Ülfanə Dadaşova yaradılan yüksək şəraitli kollecdə təhsilini bitirdikdən sonra vətəndaşlarımızın sağlamlığı keşiyində layiqincə duracağına söz verib.

Gəncə Tibb Kollecinin İngilis dili müəlliməsi Şəfiqə Hüseynova Tibb Kollecinin ən müasir avadanlıqlarla dünya standartlarına uyğun olaraq təmir edilərək müəllimlərin və tələbələrin istifadəsinə verildiyinə görə kollektivin ürəkdən şad olduqlarını vurğulayıb.

Bildirək ki, Gəncə Tibb Kolleci Respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə dövlət təhsil müəssisəsidir. Kollec iki korpusa malikdir. Burada aparılan əsaslı təmir işləri nəticəsində elmi-praktik konfrans zalı müasir üslubda təmir olunmuşdur. Kollecin həyətinə daş döşənmiş, qazon, çardaq qızıl gülləri, kiparis, tuya, xrizantema və s. dekorativ güllər əkilmişdir. Bundan başqa tədrisin keyfiyyətinə yüksək təsir göstərən yeni avadanlıqların (partalar, yazı lövhələri, kompyuterlər, tibbi cihazlar və s.) alınmışdır. Həmçinin kompüter otaqları üçün komputerlər və Smart-Board tipli yazı lövhəsi alınıb.

Keçidlər