Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Elmar Vəliyev səfir Vitae Onno Kerversi qəbul edib

06 oktyabr 2017 | 16:00
 

Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vitae Onno Kervers Nizami yurduna səfəri çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonağı Azərbaycanın qədim mədəniyyət, sənaye və elm şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Səfirə Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verən Elmar Vəliyev şəhərdə icra edilən layihələr haqqında danışıb. 

Niderland Krallığının Azərbaycandakı səfiri Vitae Onno Kervers qəbula görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlığını bildirib. Səfir xüsusi vurğulayıb ki, Niderland-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Niderland Krallığının kənd təsərrüfatı sahəsində böyük potensiyala malik olduğunu deyən səfir təcrübələrini Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə ilə paylaşmaq istədiyini xüsusi vurğulayıb.

Vitae Onno Kervers qeyd edib ki, səfərin əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin yeni mərhələlərinin müəyyənləşdirməsi, aqrar sahədə qarşılıqlı münasibətlərin tənzimləməsi üçün kənd təsərrüfatının müxtəlif sahələri üzrə iki tərəfli hüquq müqavilələri üzrə müzakirələrin aparılması, kənd təsərrüfatı məhsullarının istehsalı və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsinin aparılmasıdır. 

Görüşdə texnologiyalar və kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Bildirək ki, səfər çərçivəsində Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Nizami Gəncə Məqbərəsini, Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksini, Heydər Əliyev Park Kompleksini, Alüminium zavodu ziyarət edəcək və ADAU-da mühazirə söyləyəcək.

Keçidlər