Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda 4 günlük Beynəlxalq Forum öz işinə başlayıb

10 oktyabr 2016 | 16:00

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva  cıxışında bildirdi ki, Gəncə şəhəri 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” seçilib.  Bu münasibətlə şəhərdə çoxsaylı yerli və beynəlxalq tədbirlər keçirilir.  Bu münasibətlə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gələn bu elmi forumda  seçilmiş mövzular , iştirakçıların dünyanın müxtəlif ölkələrini təmsil etmələri olduqca əhəmiyyətlidir.

Konfransın təşkilat komitəsinin sədri, akademik Faxrəddin Qədirov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin forum iştirakçılarına salam və müaraciətini çatdırıb. O, qeyd edib ki, belə elmi konfrans forumlar gənclərin bir araya gələrək təcrübə mübadiləsi aparmalarına, elmin actual problemlərini müzakirə etmələrinə və həll yollarını araşdırmalarına böyük imkanlar verir.

AMEA-nın Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyev, gənc alim Elnur Həsənov,  Almaniya , Türkiyə , Polşa və digər ölkələrdən olan alimlər tədbirlə bağlı öz fikirlərini bölüşərək forumun işinə uğurlar arzu ediblər. Forum panel müzakirələrlə öz işini davam etdirib.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri,  fizika üzrə fəlsəfə doktoru Famin Salmanov  bildirib ki, 2015-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti və AMEA-nın  Gənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə Nizami yurdunda “Heydər Əliyev və müasir gənclik” mövzusunda elmi konfrans keçirilib. Akademiya rəsmisi vurğulayıb ki, belə beynəlxalq elmi tədbirlərin keçirilməsində iki məqsəd ön plana çıxır.  Birinci məqsəd günü - gündən qloballaşan dünya elminə inteqrasiya ilə bağlı gənclər üçün yaradılan mühit , ikinci isə  klassik tarixi mədəni və multicultural dəyərləri olan Azərbaycanın, o cümlədən Gəncənin təliğinə nail olmaqdır.

Bildirək ki, “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda  4 günlük Beynəlxalq Forum ümumilikdə 25 ölkədən gənc alim və mütəxəssis müraciət edib. Elmi Təşkilat Komitəsinin ekspertizasına uyğun olaraq 350 -ə yaxın gənc tədqiqatçının əsəri qoyulan tələblərə cavab verdiyi üçün qəbul olunub.  Foruma 12 ölkədən gənc alim və mütəxəssis dəvət olunub.

Türkiyə, Makedoniya, Belorusiya, Rusya,  Polşa , Almaniya, Gürcüstan, Özbəkistan, İran, Pakistan və İraqdan, eyni zamanda Azərbaycanın müxtəlif  bölgələrindən foruma qtılan gənc alimlər həm plenar, həm də poster müzakirələrində məruzələrini təqdim edəcəklər. Beynəlxalq tədbir çərçivəsində üç aktual mövzuda interaktiv müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Keçidlər