Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Türk Şurasının Gənclər Festivalı çərçivəsində konsert təşkil edilib

29 sentyabr 2016 | 16:00

Konsertdə ilk çıxışı "Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblı edib. Gəncə Musiqi Kolleci "Şuh təsnifi" ilə tamaşaçılara dəyərli anlar yaşadıb. Konsertdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan gənclər nəğmələr səsləndiriblər, rəqs nömrələri ilə çıxışlar ediblər. Müasir avadanlıqlarla bəzədilmiş səhnədəki çıxışlar tamaşaçıların qəlbini ovsunlayıb.

Gənclər və İdman Nazirliyinin müavini İntiqam Babayev bildirib ki, Türk Şurasının nəznində Gənclər və İdman Nazirliyinin toplantıları keçirilib. Nazir müavini qeyd edib ki, toplantının qərarına əsasən, Gəncə şəhərində Türk Şurasının Gənclər Festivalı öz işinə başlayıb. İlk dəfə keçirilən bu layihənin davamlı olacağını bildirən İntiqam Babayev xüsusi vurğulayıb ki, bu festival çərçivəsində türk dövlətlərinin gəncləri arasında fikir mübadiləsi aparılır, bir sıra təkliflər hazırlanacaq və gənclər siyasəti çərçivəsində əməkdaşlıq genişləndiriləcəkdir.

Bildirək ki, Türk Şurasının Gənclər Festivalı sentyabr ayının 30-da yekunlaşacaq.

Keçidlər