Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərinin Hacıkənd qəsəbəsində 'Wonderland Azərbaycan-2016' adlı Beynəlxalq Skaut Düşərgəsi təşkil olunub

19 iyul 2016 | 16:00
 

Gəncə şəhər İcra Hakimiyyətinin və Gənclər İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil edilən düşərgə 2016-ci ilin “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən tədbirlərdən biridir. Səkkiz günlük "Wonderland Azərbaycan-2016" adlı Beynəlxalq Skaut Düşərgəsinə 300 nəfərdən çox iştirakçı qatılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "Wonderland Azərbaycan-2016" adlı Beynəlxalq Skaut Düşərgəsinin rəsmi açılış mərasimində iştirak edib. İcra başçısı düşərgədə yaradılan şərait və müxtəlif yaş qrupunda olan iştirakçılarla tanış olub.

Rəsmi açılış mərasimində Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı bildirib ki, əsas iştirakçılar 6 düşərgəyə bölünüb.  Hər düşərgənin öz adı, öz rəngi var. Düşərgələrə Azərbaycanın  dağlarının adları verilib. Aşağı yaş kateqoriyası 6 yaşdan 10 yaşa kimidir. Digər işrirakçılar isə 11 yaşdan 17-yaşa kimi olanlardır. Düşərgədə hər bir şərait skautlar tərəfindən yaradılıb. Düşərgənin tikintisinə 1 həftə öncədən başlanılıb. 18 yaşdan yuxarı olan skautlar  düşərgədə  hər bir şəraiti qurmağa başlayırlar. Düşərgə məkanı 8 gün sonra təmiz halda təhvil veriləcək.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "Wonderland Azərbaycan-2016" adlı Beynəlxalq Skaut Düşərgəsi iştirakçılarını salamlayıb.  Elmar Vəliyev düşərgə iştirakçılarına uğurlar arzu edib. İcra başçısı vurğulayıb ki, Gəncə bu il üçün “Avropanın Gənclər Paytaxtı” seçilib və 2016-ci ilin “Avropa Gənclər Paytaxtı” Gəncə şəhərində ilin sonuna kimi daha 200 tədbir təşkil olunacaq.  Hər gün 3-4 tədbir layihə çərçivəsində həyata keçirilməkdə davam edir.

Cari ilin sentyabr, oktyabr aylarında “Avropanın Gənclər Festivalı” keçiriləcək. Bundan başqa  “Avropanın Gənclər Mükafatı” nın təqdimatı olacaq.  Avropa Gənclər Forumunun baş katibi və böyük tərkibdə qonaqların festivalda iştirak edəcəyini bildirən Elmar Vəliyev düşərgə iştirakçılarını da festivalda iştiraka dəvət edib.

Skaut Düşərgəsinin müxtəlif yaş qrupuna aid iştirakçıları düşərgəyə qatılmaqla dünya görüşlərini artırdıqlarını, çadır qurmağı və sairə bacarıqlara yiyələndiklərini bildiriblər.

Ömər Cəfərli-düşərgə iştirakçısı: “Mənim 6 yaşım var. Düşərgədə özümə çoxlu dostlar tapmışam. Burada yemək yeyirik, oyunlar oynayırıq və ağaclardan stollar düzəltməyi öyrənirəm”.

Hüseyn Hüseynov-düşərgə iştirakçısı: “Biz kiçik yaşlı skautlarımızla çox maraqlı proqramlar həyata keçiririk. Onlara həyat bilgiləri, tonqal qalama, çadırı qurma, düyün etmək, səmti müəyyən etmə və başqa bilgilər öyrədilir. Mən də öz dəstə üzvlərim ilə birgə həm öyrənirəm, həm də həm öyrədirəm. Xaricdən gələn skautlarla münasibət yaradaraq dostluq əlaqələri qururuq”.

Muhammed Alardi-düşərgə iştirakçısı: “Mən düşərgəyə Bəhreyndən qatılmışam. Düşərgə həm maraqlı, həm də əyləncəlidir. Burada bir çıx bacarıqlarımızı artırırıq. Müxtəlif oyunlar və əyləncələrin təşkili düşərgəni daha da maraqlı edir.”

Nino Kodoladze-düşərgə iştirakçısı: “Gürcüstanı Gəncədəki wonderlandda təmsil etmək mənimçün qürurvericidir. Həm asudə vaxtımız səmərəli keçir, həm də meşə şəraitində yaşamağa alışırıq.”

Anastasiya Qorbaçova-düşərgə iştirakçısı: “ Bizim komanda Ukraynadan Nizami yurduna gəlib. Burdakı şərait bizim kimi bütün komandaların da ürəyincədir. Düşünürəm ki, günlərimiz daha da maraqlı olacaq.”

Qeyd edək ki, "Wonderland Azərbaycan-2016" adlı Beynəlxalq Skaut Düşərgəsində Azərbaycanın bir çox bölgəsindən: Bakı, Biləsuvar, Şəki, Qax, Şəmkir, Gəncə, Göygöldən və Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan, Sloveniya, Polşa, Belarusiya,Seyşel, Misir, Ukrayna və Bəhreyindən həm iştirakçılar, həm də işçi heyət üzvləri iştirak edir.

Düşərgədə fəaliyyətlər yaş qruplarına uyğun olaraq əvvəlcədən planlaşdırılmış proqram üzrə həyata keçirilir. Düşərgə iştirakçıları proqram üzrə günü səhər idmanı ilə başlayırlar. Daha sonra gün ərzində onlar müxtəlif proqram modullarında iştirak edirlər. Bu proqram modullarında iştirakçılar müxtəlif həyati bilik və bacarıqları əldə etməklə yanaşı psixoloji, əyləncəli və intellektual oyun və yarışlarda iştirak edirlər. Bunun nəticəsində onlar liderlik, nizam-intizamlılıq, özünü ifadə və vətənpərvərlik kimi keyfiyyətləri əldə etmiş olurlar.

Keçidlər