Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“Avropa Şəhərciyi 2016-Gəncə” layihəsi çərçivəsində konsert təşkil edilib

13 iyun 2016 | 16:00

Gəncə şəhər Heydər Əliyev adına park-kompleksdə yerləşən amfiteatrda təşkil olunan konsertdə öncə Avropa İttifaqının və Azərbaycan Respublikasının himnləri səslənib. Çıxış edən Elmar Vəliyev qonaqları və şəhər sakinlərini salamlayaraq, Gəncənin uğurlarından danışıb. Uğurları Prezident İlham Əliyevin şəhərə olan diqqət və qayğısı kimi dəyərləndirib.

 

Sonra Diplomatlar çıxış edərək şəhərdə olmaqdan məmnun olduqlarının bildirib, xoş arzularını dilə gətiriblər.

Axşam saatlarınadək davam edən konsertdə "AvroViziya-2012" və "Azərbaycanın Səsi" müsabiqəsinin müğənniləri Avropa və Azərbaycan mahnılarını ifa ediblər.

 

Keçidlər