Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Avropa Gənclər Payyaxtı” layıhəsi çərçivəsində “Youth Speak Azerbaijan” Forumu keçirilib

19 may 2016 | 16:00

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AIESEC Azərbaycan təşkilatının və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin tərəfdaşlığı iləGəncə şəhər Gənclər evində “Youth Speak Azərbaycan” (“Danışır Azərbaycan gəncləri”) Forumu keçirilib.

Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, AMEA-nın innovasiya və elmin kommersiyalaşması üzrə baş mütəxəssisi Samir Vəliyev, ADA Universitetinin baş müəllimi Rəşad İbadov iştirak edərək öz fikirlərini bildiriblər. Çıxış edənlər ölkə gənclərinin hərtərəfli inkişafına dəstək olmaq, onlarda liderlik xüsusiyyətlərinin artırılmasına təkan vermək məsələləri ətrafında danışıblar.

100-dən artıq fəal gəncin iştirak etdiyi formun əsas məqsədi gənclərin dayanıqlı inkişaf məqsədlərini öyrənmək və fərdi inkişaflarına lazımi dəstək göstərməkdir. İştirakçılara "Layihənin idarə olunması", "İnnovasiyalar" və "Sosial sahibkarlıq" mövzularında təlimlər keçirilib.

AIESEC Azərbaycan Gənclər Təşkilatının sədri Məryəm Məcidova bildirib ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan gənclərini davamlı inkişaf məqsədlərinə nail olmağa həvəsləndirməkdən ibarətdir. Bunun üçün isə AİESEC BMT tərəfindən 2030-cu ildə daha yaxşıgələcək naminə elan edilmiş “Youth for Global Goals” kampaniyasına qoşulub. 

Keçidlər