Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində yeni kinoteatr açılıb

02 may 2016 | 16:00
Azərbaycanın ikinci böyük şəhəri Gəncədə müasir, ən yüksək keyfiyyətlə inşa edilmiş kinoteatr öz qapılarını yerli sakinlərin üzünə açıb. "Xəmsə Park" adlı məkanda yeni istifadəyə verilən “CinemaPlus Xəmsə” kinoteatrının açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Cinema Plus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə, Millət Vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Zaur Darabzadə qonaqları salamlayaraq bildirib ki, “CinemaPlus Xəmsə” ən yeni "Barco" nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. Məhz bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün olub ki, bu da tamaşaçıların zövqünü oxşayaraq tez bir zamanda “CinemaPlus Xəmsə” kinoteatrını sakinləri sevdiyi məkana çevirəcək.

Elmar Vəliyev çıxış edərək qeyd edib ki, 2016-cı il Avropa Gənlər Paytaxtı olan Gəncədə məhz belə müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrın açılması sevindirici haldır. İcra Başçısı xüsusi vurğulayıb ki, kinoteatr insanların istirahət imkanlarını artıraraq əhalinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə köməklik göstərəcəkdir.

Daha sonra Naqif Həmzəyev Gəncə sakinlərini təbrik edərək belə kinoteatrın açılmasının arzu olunan olduğunu bildirib. Naqif Həmzəyev xüsusi vurğulayıb ki, Azərbaycanda ən son texnalogiyanın məhz bu kinoteatrda quraşdırılması hər kəsin sevincinə səbəb olacaq.

Rəsmi hissədən sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli, həmçinin Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” filmləri izlənilib.

Bildirək ki, “CinemaPlus Xəmsə” kinoteatrında Türkiyə və xarici ölkələrinin festivallarının keçirilməsi, məşhur simaların dəvət olunması planlaşdırılır. Əsas diqqət cəlb edən məqam odur ki, kinoteatrda dünya ilə eyni gündə premyeralar göstəriləcək.

“CinemaPlus Xəmsə” 461 yerdən və 5 zaldan ibarətdir. Kinoteatrın zalları Avropa istehsallı yüksək dərəcəli rahat kreslolarla təchiz edilib. Xüsusilə qeyd etmək olar ki, dünyada 500-dən çox kinoteatrın dizayn işlərini reallaşdıran Kanadanın “Mesbur+Smith Architects” şirkəti “CinemaPlus Xəmsə” kinoteatrının da dizayn işlərini tam olaraq görüb.

Bundan əlavə, VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida, içkilər sifariş etməyə imkan yaradan VIP Bar-dan istifadə etmək və kino izləyərkən mobil telefonlarını kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə cərəyan etmək şansı da əldə edəcək.

Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik 4 popkorn növü, şəkər pambığı, buzlu alkaqolsuz kokteyllər və.s sərinləşdirici içkilərin satışı üçün 2 kinobar fəaliyyət göstərir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.

    
 
Keçidlər