Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Bakı-2015" I Avropa Oyunlarının açılışı canlı izlənib

12 iyun 2015 | 15:00

  "Bakı-2015" I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi zamanı   şəhərin  baş meydanında böyük  izdiham yaşanıb. Gəncə Şəhər İcra  Hakimiyyətinin başçısı Elmar Vəliyev, dövlət rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri böyük coşğu və ruh yüksəkliyi ilə   monitorda I Avropa Oyunlarının qeyri-adi , ecazkar açılış mərasimini   izləyiblər.

  Açılışda olan rəngarənglik,  göstərilən çıxışlar, Azərbaycan mədəniyyətinin qeyri-adi formada nümayişi  baş meydana toplaşan sakinlər tərəfindən  heyranlıqla qarşılanıb. Ölkəmizin mədəniyyəti, ədəbiyyatı, musiqisi, xüsusi ilə muğamları, Novruz bayramı,  Qobustan qaya rəsmləri,  dahi  Nizami Gəncəvinin əsərləri,  ümumilikdə Azərbaycan haqqında bütün dünyada  geniş təsəvvür  yaradan canlı yayım Gəncə sakinlərində qürur hissi yaradıb.

  Bu möhtəşəm  mərasim  bir daha göstərdi ki, qısa müddətdə ilk Avropa Oyunları kimi böyük idman yarışını yüksək səviyyədə təşkil edən  ölkəmiz ən yüksək səviyyəli tədbirləri həyata keçirməyə qadirdir və  növbəti Avropa Oyunlarına  nümunədir.

 

Keçidlər