Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Elmar Vəliyev xalq artistinə yeni mənzilin açarlarını təqdim edib

19 mart 2015 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev xalq artistinə yeni mənzilin açarlarını təqdim edib.Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq Artisti Məmmədəli Balayevi 70 illik yubileyi münasibəti ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev təbrik edərək onun ünvanına ən xoş arzularını səsləndirib. İcra başçısı bildirib ki, Prezident İlham Əliyev hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşıb.

Bu diqqət və qayğının nəticəsidir ki, aktyor Məmmədəli Balayev 70 illik yubileyi münasibəti ilə üç otaqlı mənzillə təmin edilib. Elmar Vəliyev mənzilin order və açarını yubilyara təqdim edib. İcra başçısı bildirib ki, xalq artisti Məmmədəli Balayev Gəncənin ictimai-siyasi və mədəni həyatında öndə gedən insanlardandır. Məmmədəli Balayev Prezident İlham Əliyevə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və əməyinə qiymət verən hər kəsə təşəkkür edib.

Keçidlər