Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid ailələri ilə görüşüb

21 yanvar 2015 | 16:00

Şəhid ailələrinin təklif, müraciət və şikayətlərinə baxılması, onların ehtiyaclarının mümkün şəkildə təmin edilməsi məqsədilə keçirilən görüşdə şəhərin idarə və müəssisə rəhbərləri də iştirak edib. Qəbulda iştirak edən şəhid ailələrindən olan işsiz vətəndaşların işlə təmin olunması, mənzil və ya torpaq sahəsi ilə təminatı, qəzalı evlərin təmiri ilə bağlı müraciətlər səsləndirilib.


Həmçinin vətəndaşların qaz, su və elektrik enerjisi ilə bağlı şikayətləri də dinlənilib. Yığıncaqda səsləndirilən problemlərin bir çoxu yerindəcə həllini tapıb. Elmar Vəliyev səsləndirilən məsələlərlə bağlı aidiyyatı qurumlara ciddi tapşırıqlarını verib.

Digər problemlər isə aidiyyatı şəxslər tərəfindən nəzarətə götürülüb.

Keçidlər