Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin baçısı ictimaiyyətə təqdim edilib

14 oktyabr 2014 | 15:00

 Prezident cənab İlham Əliyevin 13 oktyabr 2014-cü il tarixli sərəncamı ilə Nizami Sabir oğlu Hacıyev Gəncə şəhəri Nizami rayonuna yeni icra başçısı təyin edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında Nizami rayonuna yeni icra başçısı  təyin edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son illər şəhərin genişvüsətli inkişafından, uğurlardan söz açıb və bu uğurların qazanılmasında gəncəlilərin, həmçinin idarəetmə strukturlarında çalışan layiqli kadrların böyük əmək sərf etdiyini vurğulayıb. Nizami rayonuna icra başçısı təyin olunan Nizami Hacıyevin uzun illər icra strukturunda səmərəli və yorulmaz fəaliyyət göstərdiyini, dövlətçiliyimizə və doğma Vətənimizə şərəflə xidmət etdiyini, ona tapşırılan  hər bir işin öhdəsindən layiqincə gəldiyini  bildirib. E.Vəliyev Nizami Hacıyevi təbrik edərək, yeni təyin olunduğu məsul vəzifədə ona uğurlar arzulayıb.
N.Hacıyev ona göstərilən böyük etimada görə ölkə başçısı cənab İlham Əliyevə, həmçinin şəhər rəhbərliyinə dərin təşəkkürünü bildirib, bu etimadı əməli işində şərəflə doğruldacağına söz verib.
Nizami Hacıyev 1961-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olub, 1978-ci ildə orta  məktəbi, 1984-cü ildə AKTİ-nin meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini, 1992-ci ildə isə aspiranturanı bitirib.
1993-cü ildə  Gəncə şəhər  Nizami rayonu İcra Hakimiyyəti başçısı aparatında inspektor, həddi-buluğa çatmayanların işləri üzrə təlimatçı vəzifələrində çalışıb, 1994-cü ilin aprel ayında Gəncə şəhəri İcra Hakimiyyəti başçısı Aparatının humanitar məsələlər şöbəsində məsləhətçi, 1997-ci ildə həmin şöbədə böyük məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.
1999-cu ildə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət şöbəsində böyük referent, 12 may 2003-cü ildən 16 mart 2012-ci ilədək Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təhsil, Səhiyyə və Mədəniyyət bölməsində baş məsləhətçi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli 2301 №-li Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənmyə görə” medalı ilə təltif edilib.
Bu təyinatadək Nizami Hacıyev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.

Keçidlər