Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Yazıçılar İttifaqı Gəncə Bölməsinə yeni sədr seçildi

20 sentyabr 2014 | 15:00

20 sentyabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetində Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin yığıncağı keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Azərbaycan Yazıçılar İttifaqının katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar İttifaqı sədrinin müşaviri Rauf Aslanov, kadrlar şöbəsinin müdiri Arifə Əliyeva, mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Gəncə Bölməsinin üzvləri, yaradıcı ziyalılar iştirak ediblər.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, əməkdar incəsənət xadimi, şair Məmməd Alimin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin Gəncə və gəncəlilərə göstərdiyi yüksək diqqət və qayğının uğurlu bəhrələrindən, son illərdə şəhərin müasirləşərək inkişaf etməsindən söhbət açdı. Şəhər rəhbərliyinin yorulmaz fəaliyyəti sayəsində yeni mədəniyyət mərkəzləri¬nin, muzeylərin yaradılmasının, tarixi abidələrin təmiri və bərpasının, dahi mütəfəkkir və sənətkarların yubileylərinin keçirilməsinin şəhərin möhtəşəm həyatına zənginlik gətirdiyini, yaradıcı insanlar üçün ədəbi mühitdə geniş imkanlar yarandığını vurğuladı.
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, kadrlar şöbəsinin müdiri Arifə Əliyeva çıxış edərək Gəncə ziyalılarının, yazarlarının nəinki şəhərdə, eləcə də ölkədə səmərəli fəaliyyətləri ilə hörmət qazandıqları¬nı, hər zaman ictimai-mədəni həyatda fəal rol oynadıqlarını, ölkəmizin hüdudlarından kənarda əsərlərinin əcnəbi dildə çap olunaraq Azərbaycanı layiqincə təmsil etdiklərini bildirdi.
Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin üzvlərindən Nüşabə Əsəd Məmmədli, Qərib Mehdi, İnqilab İsaq və başqaları çıxış edərək Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinə şair Xəzangül Hüseynovanın sədr seçilməsini təklif etdilər.
Gəncə Bölməsi üzvlərinin yekdil rəyi ilə Xəzangül Hüseynova sədr seçildi.
Qeyd olundu ki, Xəzangül xanım Azərbaycan Yazıçılar Birliyinin, Avroasiya Yazıçılar Birliyinin üzvüdür. Əsərləri xarici ölkələrdə çap olunub. «Məhəbbətin qənimi» pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. 9 kitabın müəllifi olan Xəzangül xanım yaradıcılıq uğurları ilə şəhərimizdə, respublikamızda və ölkəmizin hüdudlarından çox-çox uzaqlarda ictimaiyyətin, şeirserlərin, sevimli oxucularının rəğbətini qazanıb. Xəzangül xanım uzun illər məktəb direktoru işləyib.
Ziyalı xanım, fəal ictimaiyətçi kimi Gəncənin mədəni həyatında yaxından iştirak edib.
Xəzangül Hüseynova çıxış edərək, gələcək fəaliyyətində Gəncə mühitinin yazarlarına arxalandığını vurğulayaraq istedadlı qələm sahibləri ilə birgə ona göstərilən etimadı şərəflə doğruldacağına söz verdi, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, Yazıçılar Birliyinin İdarə Heyətinə, Gəncə Bölməsinin üzvlərinə dərin minnətdarlığını bildirdi.

Keçidlər