Home Contact Phone
background
  • Ünvan: AZ2000, Gəncə şəhəri, Heydər Əliyev adına meydan, İnzibati bina, otaq № 231
  • Faks: (22) 264-01-01
  • E-mail: mail@ganja-ih.gov.az

Xəbərlər

  • Prezident İlham Əliyev Gəncədə görkəmli dö...

    Prezident İlham Əliyev Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

    2017-11-10

    Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi. Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ucaldılıb. Abidənin postamentlə birlikdə hündürlüyü 4 metrdir. Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoydu.

  • Prezident İlham Əliyev “Yeni Gəncə” yarım...

    Prezident İlham Əliyev “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.

    2017-11-10

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət dolabları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və rəfləri yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni Gəncə” hava xətlərinin 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası

  • Gəncədə Türkiyənin Cümhuriyyət bayramı qey...

    Gəncədə Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

    2017-10-30

    Türkiyə Cümhuriyyətinin elan olunmsının 94-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğu tərəfindən bayram tədbiri təşkil edilib.

  • Gəncə Tibb Kolleci əsaslı təmir olunub

    Gəncə Tibb Kolleci əsaslı təmir olunub

    2017-10-18

    Tanışlıqdan sonra Tibb Kollecinin iclas zalında görüş keçirilib. Tədbirdə Gəncə Tibb Kollecinin dünənini və bu gününü özündə əks etdirən videoçarx nümayiş edilib.

  • Gəncədə 'Hesabat yığıncağı' keçirilib

    Gəncədə 'Hesabat yığıncağı' keçirilib

    2017-10-17

    Hesabat yığıncağında doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına nəzər salınıb. Qarşıda duran vəzifələrin görülməsinə dair məsələlər müzakirə olunub.

  • Elmar Vəliyev səfir Vitae Onno Kerversi qəbul e...

    Elmar Vəliyev səfir Vitae Onno Kerversi qəbul edib

    2017-10-06

    Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vitae Onno Kervers Nizami yurduna səfəri çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

  • Yaponiya səfiri Gəncəyə səfər edib

    Yaponiya səfiri Gəncəyə səfər edib

    2017-09-21

    Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katorinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

  • Gəncə şəhərində "Bilik günü" tə...

    Gəncə şəhərində "Bilik günü" təntənə ilə qeyd olunub

    2017-09-15

    Gəncə şəhər M.Mehdizadə adına 4 saylı tam orta məktəbdə "Bilik günü" və yeni tədris ilinin başlanması münasibətilə keçirilən bayram tədbirində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ictimaiyyət nümayəndələri, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

  • Gəncədə "Bilik Günü" münasibəti i...

    Gəncədə "Bilik Günü" münasibəti ilə "İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya"nın əsaslı təmirdən sonra açılışı olub

    2017-09-15

    Açılışda mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, gimnaziyanın müəllimləri, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  • Gəncədə təhsil işçilərinin ənənəvi senty...

    Gəncədə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

    2017-09-07

    Gəncə müəllimlərinin 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib. Gəncə şəhər təhsil işçiləri konfransdan öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

  • Nizami yurdunda Gəncə I Beynəlxalq Musiqi Festi...

    Nizami yurdunda Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib

    2017-05-30

    "Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017" layihəsi çərçivəsində Nizami yurdunda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib.

  • Gəncə şəhərinin içməli su təchizatı və k...

    Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının 4-cü mərhələsinin təməli qoyulub

    2017-05-24

    Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir.

  • Gəncədə şəhərin baş rəssamı, heykəltəra...

    Gəncədə şəhərin baş rəssamı, heykəltəraş Şərif Şərifovun yaradıcılıq gecəsi keçirilib

    2017-05-17

    Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Əməkdar rəssamı, Komsomol mükafatı Laureatı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Dünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycan Rəssamlar və Memarlar İttifaqlarının, Reklamçılar İctimai Birliyinin üzvü, Gəncə şəhərinin baş rəssamı, heykəltəraş Şərif Şərifovun yaradıcılıq gecəsi keçirilib.

  • Gəncədə Zərifə Əliyevanın anadan olmasını...

    Gəncədə Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilən elmi - praktik konfrans keçirilib

    2017-04-29

    Gəncədə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Akademik Zərifə Əliyeva – kamillik və müdriklik zirvəsi” mövzusunda elmi - praktik konfrans keçirilib.

  • Gəncədə Ümummilli Liderin doğum günü münas...

    Gəncədə Ümummilli Liderin doğum günü münasibəti ilə keçirilən ağacəkmə aksiyası davam etdirilir

    2017-04-29

    Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan xan çinar, sərv, şam, gül kolları və digər ağaclar əkilir.

  • Elmar Vəliyev Avstriyanın Azərbaycandakı səfi...

    Elmar Vəliyev Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ilə görüşüb

    2017-04-25

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfiri və onun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Nizami yurdu Gəncədə görməkdən məmnun olduğunu bildirib. Elmar Vəliyev səfrin diqqətinə çatdırıb ki, Gəncə şəhərində kiçik həcimli təyyarələrin təmiri olunması ilə bağlı Avstriya höküməti ilə raziliq əldə olunub.

  • Elmar Vəliyev Belçika Krallığının Azərbayca...

    Elmar Vəliyev Belçika Krallığının Azərbaycandakı səfiri cənab Bert Skufsu qəbul edib

    2017-04-25

    Belçika Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bert Skufs Gəncə şəhərinə səfəri çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

  • Gəncədə ümumşəhər iməciliyi keçirilib

    Gəncədə ümumşəhər iməciliyi keçirilib

    2017-04-24

    Keçirilən ümumşəhər iməciliyində və ağacəkmə aksiyasında şəhərin bütün idarə, müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. İməcilikdə ərazilər ot-alaqdan təmizlənib, əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam ağacları əkilib.

  • Gəncədə 2017-ci ilin birinci rübünün yekunla...

    Gəncədə 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

    2017-04-20

    İclasda 3 ayın statistik göstəricilərinə nəzər salınıb, görülməsi nəzərdə tutulan məsələlər müzakirə edilib. Şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi hesabat yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, şəhər iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə dinamik inkişaf davam etməklə 2017-ci ilin birinci rübü ərzində bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 71 milyon 641,6 min manatlıq sənaye məhsulu istehsal olunub.

  • Elmar Vəliyev vətəndaşların növbəti qəbulu...

    Elmar Vəliyev vətəndaşların növbəti qəbulunu keçirib

    2017-02-10

    Vətəndaş qəbulunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri, o cümlədən 60 nəfərdən çox vətəndaş iştirak edib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətlərinə baxılıb. Onların ehtiyacları qanunun tələblərinə uyğun şəkildə təmin edilib.

  • Gəncədə 2016-cı ilin yekunları və 2017-ci il...

    Gəncədə 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

    2017-02-08

    Hesabat yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov, şəhər ictimayyətininin nümayəndələri, ziyalılar, eləcə də idarə, müəsisə və təşkilat rəhbərləri iştirak edib. Hesabat yığıncağında Prezident İlham Əliyevin Gəncə şəhərinə səfərini, şəhərin həyatında ötən ildə baş verən mühüm hadisələri, mədəni kütləvi tədbirləri əks etdirən filmə tamaşa olunub.

  • Gəncə şəhərində kənd təsərrüfatı və ə...

    Gəncə şəhərində kənd təsərrüfatı və ərzaq məhsullarının növbəti satış yarmarkası təşkil olunub

    2016-12-30

    Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının növbəti satış yarmarkası keçirilib.

  • Gəncədə “Süni Mərmər və Qranit İstehsal...

    Gəncədə “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməli qoyulub

    2016-12-26

    Azərbaycanın sənaye şəhəri olan Gəncədə NB Satınalma və Ticarət MMC-ə məxsus “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməlqoyma mərasimi olub. Təməlqoyma mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov və şəhər ictimaiyyəti nümayəndələri iştirak edib.

  • Elmar Vəliyev Gürcüstanın Kutaisi şəhərinin...

    Elmar Vəliyev Gürcüstanın Kutaisi şəhərinin meri Şota Murquliani ilə görüşüb

    2016-12-21

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə səfərdə olan Gürcüstanın Kutaisi şəhərinin meri Şota Murqulianini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İcra başçısı qonaqları salamlayaraq onları Nizami yurdu qədim Gəncə şəhərində görməkdən məmnunluğunu bildirib.

  • “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layi...

    “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin bağlanış mərasimi keçirilib

    2016-12-21

    Bağlanış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kutaisi şəhərinin meri Şota Murquliani, Varna şəhərinin meri İvan Portnix, 2017-ci il Avropa Gənclər Paytaxtı Varna şəhər Bələdiyyəsinin rəhbər nümayəndələri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyi, xarici ölkələrin diplomatik nümayəndələri, təşkilat sədrləri, mətbuat nümayəndələri, könüllülər və digər rəsmi qonaqlar iştirak edib.

əvvəlki [2] növbəti