Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Xalq artisti Ələddin Abbasovla vida mərasimi

14 iyul 2014 | 15:00

Gəncə Dövlət Dram Teatrında şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən vida mərasimində mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, teatrın direktoru Əli Qasımov, xalq artistləri Pərvanə Qurbanova, Vaqif Şərifov, Məmmədəli Balayev, akademik Fuad Əliyev və başqaları çıxış edərək görkəmli səhnə ustası Ələddin Abbasovun kinoda və teatrda yaratdığı unudulmaz obrazlardan danışıb və qeyd ediblər ki, onun respublika mədəniyyətinin inkişafında göstərdiyi xidmətlər dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, xalq artisti fəxri adınadək yüksəlibdir. Ölkə başçısının sərəncamı ilə Azərbaycan teatr və kino sahəsindəki xidmətləri dəyərləndirilərək prezident təqaüdünə layiq görülmüşdür.

Mərasimdə mərhumun vəfatı ilə bağlı gələn başsağlığı teleqramları oxunduqdan sonra ailə üzvləri adından çıxış edən Aslan Abbasov əmisi Ələddin Abbasovun əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına, eləcə də onun dəfnini təşkil edən şəhər icra hakimiyyətinə minnətdarlıq edib.
Sonra xalq artisti tamaşaçıların alqış sədaları və “Dəli Kür” filmindəki “Ana Kür” mahnısının müşayiəti ilə son mənzilə yola salınıb. Mərhum Gəncədəki fəxri xiyabanda dəfn edilib.

Keçidlər