Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə uşaq stomatoloji poliklinika yeni görkəmdə kiçik sakinlərin ixtiyarına verildi

19 mart 2014 | 16:00

Bu münasibətlə keçirilən tədirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri və poliklinikanın tibb heyəti iştirak edib.

Mərasimdə şəhər səhiyyə idarəsinin rəisi Mehman Rzayev ölkə rəhbərliyinin sosial siyasət sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən, Gəncə səhiyyəsinin inkişafındakı uğurlardan, şəhər rəhbərliyinin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsindən söhbət açıb.
Açılış mərasiminin rəmzi olan qırmızı lenti kəsən İcra Başçısı burada çalışan tibb işçilərini təbrik edib və onlara uğurlar diləyərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səhiyyəyə, əhalinin sağlamlığına xüsusi qayğı ilə yanaşır. Gəncədə də bu sahədə işlər yüksək səviyyədə təşkil olunub. Tibb müəssisələri müasir tələblər səviyyəsində təmir olunur, yeni tibbi avadanlıqlarla təchiz edilir. Bu gün istifadəyə verilən uşaq stomatoloji poliklinika da bu istiqamətdə görülən genişmiqyaslı tədbirlərdən biridir.
Əvvəlki görkəmindən əsaslı surətdə fərqlənən poliklinikada ən müasir tibbi avadanlıqlar və aparatlar quraşdırılıb, buraya estetik cəhətdən balacaların zövqünə uyğun tərtibat verilib.
Qeyd edək ki, uşaq stomatoloji poliklinikası 1968-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq burada əsaslı təmir işləri aparılmayıb. 2013-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb və bu yaxınlarda başa çatıb. Poliklinikada 19 nəfər həkim, 17 nəfər orta tibb işçisi, 7 nəfər kiçik tibb işçisi olmaqla 43 nəfər çalışır.

Keçidlər