Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyətində vətəndaşlarla görüşlər davam edir

17 fevral 2021 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşlarla görüşlər davam edir. Şəhər rəhbəri mütəmadi şəkildə onların problemləri ilə maraqlanır, şikayət və təkliflərini dinləyir.

Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının digər məsul şəxsləri ilə birlikdə, ölkədə tədbiq edilən xüsusi karantin qaydalarına riayət edilməklə, növbəti dəfə sakinlərlə görüşüb. Mürcaiətlər arasında əlillik dərəcəsinin təyini, müalicə üçün maddi köməkliyin göstərilməsi, işlə təminat, fərdi evin inşası üçün torpaq sahəsinin ayrılması kimi məsələlər üstünlük təşkil edib.

Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçısılarının işlə təminat və müalicə məsələləri dərhal həll olunub, ehtiyacı olanlara maddi köməklik göstərilib. Səsləndirilən digər müraciətlərin də bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həll edilməsi üçün tapşırıqlar verilib.

Keçidlər